Sosial
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.
Ermənilərin ekoloji terroru - VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə monitorinqlər keçirib. Nəticələr isə heç də ürək açan deyil. Əsasən, Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrinin miqdarı normadan dəfələrlə artıq olub.
TTV (Region TV) xəbər verir ki, öz mənbəyini Ermənistan ərazisindən götürən kiçik çaylarda da çirklənmənin səviyyəsi yüksəkdir. Dörd qoldan ibarət kiçik çaylar ermənilər tərəfindən çirkləndirilir, tullantılar Qazax rayonunun Cəfərli kəndi ərazisindəki Ağstafa su anbarına axıdılır. Mütəxəssislər bütün qüvvələri ilə çalışsalar da, su anbarının çirklənməsinin qarşısını tamamilə almaq mümkün deyil. Çünki mənfur düşmən öz xəbis əməllərindən əl çəkmir. Su anbarının bu vəziyyəti kənd sakinlərini də narahat edir.
Acınacaqlı vəziyyətdə olan Ağstafaçay su anbarından Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonunun 57 min hektar əkin sahələri suvarılır. Bura axıdılan üzərində erməni dilində yazılan müxtəlif qutuların daxilində olanlar isə heç kəsə məlum deyil. Hətta bu qutular yığılıb yandırılan zaman partlayışlar da baş verib.
Xatırladaq ki, ermənilərin ekoloji terrora məruz qoyduqları çaylarda aparılan monitorinqlərdə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4,2, Ağstafaçayda 3,6, Ağstafa su anbarında isə 4 dəfə yol verilən qatılıq həddini keçib.