Sosial

Ermənilər tərəfindən dağıdılan "Marağa 150"nin sirri

Metbuat.az

Ermənilər tarixi Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra yer adlarını təhrif edərək dəyişdirməyə başlayıblar. Bu azmış kimi onlar tariximizi əks etdirən abidələri də dağıdıblar.



Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, Ağdərə rayonunun Şıxarx kəndinin adı sovet hakimiyyəti dönəmində dəyişdirilərək Mərquşavan adlandırılıb. Bu işdə emənilərin xüsusi rolunun olduğu bildirilir. Rayondakı bəzi yaşayış məntəqələrinə Qarabağda dinc sakinlərə qarşı kütləvi qırğınlar törədən erməni silahlı dəstə başçılarının adları verilib. Heyvalı kəndinin adı 1905-ci ildə Umudlu kəndində 350 dinc sakini qətlə yetirən Drombon, Həsənriz kəndinin “Aterk”, Çardaqlı kəndininki isə Madağız kimi dəyişdirilir.



Ermənilər Qarabağda məskunlaşdıqdan sonra qədim tariximizi özündə əks etdirən mənbələri də dağıdırlar. Onlar Qarabağda özlərinə məxsus abidələr ucaldırlar. Tarixçi

Türkan Qasımova

deyir ki, Ağdərənin Marağa kəndində inşa olunan “Marağa 150” adlandırılan abidə də  buna əyani sübutdur:



”Bu, Türkmənçay müqaviləsinə əsasən, ermənilərin İranın Marağasından və Türkiyə ərazisindən köçürülmə olduqlarını sübut edən Azərbaycan ərazisində tarixi önəm kəsb edən yeganə və tək abidədir”.



Adi çay daşlarından inşa olunan abidənin üzərində erməni dilində “Marağa 150” yazısı öz əksini tapıb. 1 metr enində, 3 metr hündürlüyündəki abidə 1991-ci ildə ermənilərin özləri tərəfindən dağıdılır. Tarixçi Türkan Qasımova bildirir ki, bu da səbəbsiz deyil:



”Əgər fikir verirsinizsə, Dağlıq Qarabağ ərazisində nə qədər abidələr varsa, onların hər birini onlar bərpa ediblər. Üzərinə xaç işarələri qoyub erməniləşdiriblər və ermənilərə mənsub olduğunu deyirlər. Lakin bu abidə bizim ərazidə qaldığı üçün o zaman onlar dağıdıb gediblər”.



Ermənilər bu abidəni dağıtmaqla Dağlıq Qarabağa köçürülmə olduqlarını sübut edən dəlilin yox olmasına çalışıblar.



Milli.Az