Şou
Ərinə görə sənətdən gedən müğənni səhnəyə qayıdır
Kanadalı müğənni Selin Dion solo karyerasındakı uzun fasilədən sonra yenidən səhnəyə qayıdacağını açıqlayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, uzun zamandır heç bir yerdə çıxış etməyən 46 yaşlı sənətçinin sənətdən uzaq düşməsinin səbəbi 72 yaşlı həyat yoldaşı Rene Ancelil olub. Belə ki, Rene xeyli vaxtdır xərçəng xəstəliyindən müalicə alırdı. Selin belə çətin anlarında həyat yoldaşının yanında olmaq üçün səhnədən uzaqlaşmışdı.
Müğənninin mətbuat katibi bildirib ki, S.Dion artıq bir neçə musiqi şirkəti ilə müqavilə də imzalayıb. İfaçının yeni bəstələr yazdıracağı gözlənilir.