Şou

Əri üçün qadın axtarır

Metbuat.az

İngiltərədə 15 yaşından bəri aseksual olan qadın cinsi ehtiyaclarını ödəyə bilmədiyi əri üçün qadın axtarır.

Axşam.az Dailymail-ə istinadən xəbər verir ki, Avstraliyada yaşayan 30 yaşındakı Erika Hoolovey adlı qadın 2012-ci ildə evlənməyinə baxmayaraq hələ də bakirədir və indən belə də bakirəliyini pozmaq niyyətində deyil.

15 yaşından aseksual olan Erika evlənsə də, seksi “iyrənc bir akt” olaraq görür:

“Ərimlə sekslə məşğul olmaq istərdim, amma bu fikir mənim ürəyimi bulandırır. Əl-ələ tuturuq, qucaqlaşırıq, öpüşürük, bircə seks yox. Çoxlarına görə bizim evliliyimiz qəribə görünür, ancaq biz ilk günkü kimi xoşbəxtik”.

Əri Endrü Hollovey isə əvvəllər Erika ilə münasibəti kəsməyi düşünsə də, ondan ayrı qala bilməyəcəyini başa düşüb və vəziyyətlə barışıb:

“Toy gecəmizdə onunla sevişmək istədim, ancaq alınmadı. İkimiz də pis olduq. İndi onunla sekssiz də yaşamağa hazıram”. 

Maraqlıdır ki, Erika hazırda əri Endrü üçün qadın axtarışındadır. Onlarla birgə yaşayıb ərinin seksual ehtiyaclarını ödəyəcək bir qadın axtaran Erika bunun hər ikisi üçün ideal vəziyyət olacağına inanır.