Ərdoğandan Erol Büyükburçun ölümü ilə bağlı ilginc açıqlama
Axşam.az “Posta”ya istinadən xəbər verir ki, Orman Nuri Yazıcı müğənninin infarkt nəticəsində dünyasını dəyişdiyini deyib. O.N.Yazıcı bu günə konserti planlaşdırılan E.Büyükburçun evinə yollananda qapını heç kimin açmadığını görüncə çilingir çağırmaq məcburiyyətində qalıb. İçəri girən menecer sənətçinin cəsədi ilə qarşılaşıb. Hazırda polis araşdırmalara davam edir.
Qeyd edək ki, Erol Büyükburçun ölümü ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanın açıqlaması medianın diqqətini çəkib. Ərdoğan müğənninin konsertindən əvvəl ölümünün şübhələrə yol açdığını bildirib:
“Erol Büyükburça rəhmət, yaxınlarına səbr diləyirəm. Sənətçinin xüsusilə konsertindən əvvəl ölümü düşündürücüdür. Hazırda təhlükəsizlik xidməti orqanlarının apardığı əməliyyatın nəticəsini gözləyirik. Tibbi ekspertizadan sonra nə məsələ olduğu ortaya çıxacaq”.