Şou

Elnarə Kubatla konsert verəcək

Metbuat.az

Müğənni Elnarə Xəlilova Türkiyədə "Enbe" orkestri ilə birlikdə konsert verəcək.

Axşam.az-ın məlumatına görə, "TRT Avaz"ın təşkil etdiyi musiqi axşamı Novruz bayramına həsr olunub.  

İki saat davam edəcək konsert martın 21-də sözügedən telekanalda canlı yayımlanacaq. E.Xəlilova konsetdə xalq və klassik Azərbaycan mahnıları səsləndirəcək. O, səhnəni türkiyəli ifaçı Kubatla bölüşəcək. Gecədə hər iki ifaçının tamaşaçılara sürprizi olacaq.