Mədəniyyət

"Əli və Nino"nun Xoyskisi imicindən danışdı (FOTO)

Metbuat.az

Azərbaycanda çəkilən "Əli və Nino" filminin çəkilişləri üçün Bakıya gələn tanınmış türk aktyoru Halit Ergenç Türkiyəyə qayaıdıb.



ANS PRESS-in məlumatına görə, aktyor Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filmindəki çəkilişlərini tamamlayıb.



İstanbula geri qayıdan "Muhteşem yüzyıl"ın Sultan Süleyman Qanunisi saçlarını keçəl qırxdırması və topa saqqalı ilə medianın da diqqətini cəlb edib. Bakıdan qayıdan aktyor ötən gün həyat yoldaşı Bergüzar Korellə görüntülənib.



Ad günü mərasiminə qatılan cütlük çıxışda jurnalistlərin yeni imiclə bağlı sualları ilə üzləşiblər.


Ergenc "Bergüzar bəyəndi, o mənə yetər" deyə cavab verib.



Qeyd edək ki, "Sultan Süleyman" obrazı ilə tamaşaçıların ürəyində taxt qurmuş Halit Ergenç filmdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyskinin rolunu canlandıracaq.










Mənbə
ANS PRESS