Sosial
Əhməd Cavadın təşəbbüsü ilə salınan kənddən - REPORTAJ
Himnimizin sözlərinin, türkün azadlıq şərqisi sayılan "Çırpınırdı Qara dəniz" mahnısının sözlərinin müəllifi, maarifçi və istiqlalçı şairimiz Əhməd Cavad Şəmkir rayonunun Seyfəli kəndində anadan olub.
TTV (Region TV) xəbər verir ki, ancaq çoxlarının bilmədiyi bir fakt da var ki, bu rayonda onun adı ilə birbaşa bağlı olan ikinci bir kənd də var. Bura Şəmkirin Könüllü kəndidir. İndi burada yaşayanların arasında Əhməd Cavadla qohumluq əlaqələri olanlar da az deyil. Onlardan biri, atası Əhməd Cavadla xalaoğlu olan Vaqif Məmmədov deyir ki, ötən əsrin 30-cu illərində kəndin o zamankı yerində ilk məskunlaşma cəhdləri olsa da, ərazidə kəndin salınmasına icazə verilmirdi.
Bu problemin paytaxtda həllinə isə məhz Əhməd Cavad nail olub. Yeni yaranan kənddə sonradan şair özü də yaşayıb. Buraya tez-tez baş çəkən Əhməd Cavadın evinə dövrün məşhurları da tez-tez qonaq gəlirmiş. Şairin başqa bir qohumu isə deyir ki, təkcə kəndin salınmasında yox, eləcə də adın verilməsində Əhməd Cavadın böyük rolu olub. Ancaq kənddə Əhməd Cavadın adı ilə bağlı olan miras bununla bitmir.
Şairin represiya qurbanı olmasından sonra uzun illər ömür sürən Şükriyyə xanım da tez-tez bura qonaq gəlirmiş. İndi kənddə onları tək qohumları yox, hər bir sakin hörmətlə xatırlayır.
Milli.Az