Əhaliyə xəbərdarlıq!
Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, xəbərdarlı yanğın təhlükəsinin qarşısını almaq üçün
Novruz bayramında yarana biləcək yanğın təhlükəsilə bağlı bir sıra qaydaları bilmək vacibdir:
Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır.
Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
Yandırılan şamlar nəzarətsiz qalmamalıdır;
Əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!
Unutmaq olmaz ki, qaydalara biganəlik həyat üçün təhlükədir!
Təhlükə zamanı 112-yə zəng etmək lazımdır!
MənbəANS PRESS