Mədəniyyət

Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edəcək

Metbuat.az

[ 18 Mart 2015 10:55 ]



Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 30-da Tovuz şəhərində Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.