Sosial
Milli.Az
Əbülfəs Qarayev başsağlığı məktubu göndərib
Mədəniyyət və turizm naziri
Əbülfəs QarayevTunisin Milli Bardo Muzeyinə edilmiş terror hücumu ilə bağlı Tunisin mədəniyyət naziri
Lətifə Lakdara başsağlığı məktubu göndərib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən
APA-ya verilən məlumata görə, məktubda martın 17-də muzeyə edilmiş terror hücumu pislənilib və hadisə zamanı qətlə yetirilmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verilib. Vurğulanıb ki, muzey mədəniyyətlərin dialoqu və yaxınlaşması üçün bir məkandır və ekstermistlərin bu cinayəti mədəniyyətə qarşı hücumdur.
Milli.Az