Dünya

Ebola virusundan ölənlərin sayı 10 mini keçib

Metbuat.az

[ 13 Mart 2015 02:55 ]


Bakı-APA. Qərbi Afrikada yayılmış “Ebola” virusundan ölənlərin sayı 10 mini keçib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST)  24 mindən çox insanın bu xəstəliyə yoluxduğu bildirilib.

Ən çox ölüm halı üç Qərbi Afrika ölkəsində – Syerra-Leone, Liberiya və Qvineyada qeydə alınıb.