Sosial

DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı açıqlanıb

Metbuat.az

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,04 faizini (20 404 nəfər) kişilər, 10,96 faizini (2 511 nəfər) isə qadınlar təşkil edir.


Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (12 176 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 585 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1332 nəfərə çatıb.


Sonrakı yerlərdə İran İslam Respublikası (885), Çin Xalq Respublikası (766), Hindistan (628), Pakistan İslam Respublikası (473), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (366), Ukrayna (264), Özbəkistan (240), Banqladeş Xalq Respublikası (207), Almaniya Federativ Respublikası (197), Filippin Respublikası (194), Türkmənistan Respublikası (187), ABŞ (172), Qazaxıstan Respublikası (167), İtaliya Respublikası (157), Koreya (143) və s. ölkələr qərarlaşıb.


2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.