Sosial

Döyülən rektor qızının daha bir qalmaqallı VİDEOsu

Metbuat.az


Ülkər İsayeva: "Kokain sinir sistemini zərərsizləşdirir"

Döyülmə xəbərləri ilə bir gecənin içində məşhurlaşan rektor qızı

Ülkər İsayeva

nın daha bir qalmaqallı videosu gündəmə gəlib.



Milli.Az

anspress

-ə istinadən xəbər verir ki, Xəzər Universitetinin təsisçisi

Hamlet İsaxanlı

nın qızının psixologiyanın banisi hesab edilən Ziqmund Freyd (1856 – 1939) haqqında çıxışı sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.



İxtisasca psixoloq olan Ülkər xanımın kokainlə bağlı səsləndirdiyi müsbət fikirlər birmənalı qarşılanmayıb:



"Kokain nədir? Kokain mərkəzi sinir sistemini aktivləşdirir. Yəni insana enerji, xoşbəxt güc verir. İnsanın yuxusunu və iştahını azaldır. Ziqmud Freyd xroniki depressiyadan əziyyət çəkirdi və onun öhdəsindən gəlmək üçün kokaindən istifadə edirdi. Özünü rahat hiss edirdi belə. Özünə güvən, eyforiya hissi yaratmaq və yaradıcılığını artırmaq üçün narkotikin bu növündən yararlanırdı. Ziqmud Freyd hətta kokain haqqında məqaləsində onu möcüzəvi dərman adlandırmışdı".



Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Ülkər İsayevanı döyənlər onun tanışları olublar. İsayevanı döyən Elçin və Zaur Məmmədov qardaşları əvvəl də tanış olublar. Onların üçlükdə fotoları sosial şəbəkələrdə yayılıb. Fotolara baxanda onların çox mehriban və səmimi olduğu diqqəti cəlb edir. Ülkər İsayevanı döyən iki qardaş əvvəlcə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıblar.



Ülkər İsayeva 2013-cü ildə

Aydın Əhmədza

də adlı şəxslə ailə qurub və 2014-cü ildə ondan boşanıb. Bu nikahdan onların bir qız övladı var.



Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.