Döyülən müğənni ilə bağlı YENİ İDDİA: "O, hələ çox döyülməlidir"
Moskvada döyülən azərbaycanlı müğənni
Vüqar Muradovbarədə yeni iddia açıqlanıb.
Lent.az-a açıqlama verən müğənni
Səidə Dadaşovanın keçmiş həyat yoldaşı
Səlçuk Gökgözdeyib ki, V.Muradov ona 3 min dollar pul borcludur: “Döyüblər, yaxşı eləyiblər. Biz 2011-ci ildə Bakıya köçən zaman maşın lazım oldu. Keçmiş həyat yoldaşım Səidə də dedi ki, Vüqarda “Jeep” markalı maşın var. Vüqar gəldi, maşına baxdıq. Baxandan sonra dedim ki, 4 təkəri yararsızdır və bir neçə yeri də dəyişilməlidir. O da mənə cavabında dedi ki, “Qardaşım, narahat olma, mən hamısını alacam”. Mən də razılıq verdim, 10 min dollar verib maşını aldıq. Sonradan elə oldu ki, o maşının ehtiyat hissələrini mən aldım. Bu da 3 min dollar elədi. Amma o gündən bu günə kimi mənim pulumu qaytarmır. Məni aldatdı. O, hələ çox döyülməlidir. Çünki pis xarakteri var. Sürücülük vəsiqəsi də yoxdur, sərxoş maşın sürür”.
Milli.Az