Mədəniyyət

Dövlət Pantomim Teatrı “Hamlet” əsərini tamaşaya hazırlayır

Metbuat.az

Bakı, 9 mart,

AZƏRTAC

Dövlət Pantomim Teatrı görkəmli dramaturq Uilyam Şeksprin “Hamlet” əsərini tamaşaya hazırlayır. Tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadədir.


Teatrın mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, səhnə əsərində Hamlet rolunu əməkdar artist Azər Axşam, digər rolları aktyorlar Bəhruz Əhmədli, Elman Rəfiyev, Solmaz Bədəlova və Əli Əlizadə oynayacaqlar.


Hazırda məşqləri gedən tamaşanın iyun ayında nümayiş etdirilməsi nəzərdə tutulur.