Sosial

Dövlət idarəsində rəis müavini yeri boş qaldı

Metbuat.az

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini

Emin Şahbazov

vəzifəsindən azad olunub



Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri

Yolçu Xanvəli APA

-ya açıqlaması zamanı bildirib.



“Emin Şahbazov öz ərizəsi ilə təqaüdə çıxıb. Rəis müavini postuna gələcək namizədin kimliyi isə kənd təsərrüfatı nazirinin müvafiq əmrindən sonra bəlli olacaq”, - deyə Y. Xanvəli bildirib.



Qeyd edək ki, DBNX-nin rəis müavini vəzifəsinin müvəqqəti icrası da heç kimə həvalə edilməyib.



DBNX-nin strukturunda dəyişiklik gözlənildiyini bildirən Y. Xanvəli hələ ki, bu istiqamətdə yeniliyin olmadığını bildirib.



Milli.Az