Dövlət Gənc Tamaşaçılar Teatrında "Dəcəl keçi" göstəriləcək... - FOTO
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mart ayının 7-da saat 12.00 və 14.00-da yeni tamaşanın premyerası olacaq. Azərbaycan xalq nağılları əsasında gənc yazıçı və dramaturq Pərvinin səhnələşdirdiyi “Dəcəl keçi” tamaşasının bədii rəhbəri, teatrın baş rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor asisstenti Sona Mustafayevadır.
Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudbəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.
Yeni səhnə əsərində rolları teatrın gənc aktyorları Səbinə Məmmədova, Aydın Dəmirov, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa edəcəklər.
Milli.Az