Dostunun intiqamını almaq istəyən gənc ölümdən döndü
Ağdaş rayonunda dostunun intiqamını almaq istəyən şəxs ölümcül yara alıb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Ləki kəndində qeydə alınıb.
Kənd sakini 1989-cu il təvəllüdlü Sahil Səmədov mübahisə zəmnində 1983-cü il təvəllüdlü Aslan Hacıyeva bır neçə ağır bıçaq zərbəsi vurub.
Hadisəyə səbəb Aslan Hacıyevin dostunun döyülməsindən sonra onun qisasını almaq istəməsi olub. O, Sahil Səmədovla mübahisə edib. Mübahisə sonradan davaya çevrilib.
Ağır yaralanan Aslan Hacıyev xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən Sahil Səmədov isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
MənbəANS PRESS