Şou

Dollar və avro cüzi bahalaşdı

Metbuat.az

Bu gün martın 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi qalxıb.

Axşam.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 17-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,001% bahalaşaraq 1,0488 manat səviyyəsində müəyyən edilib.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0062 manat və ya 0,56% bahalaşaraq 1,1019 manat olub.