Sosial

Doğum günündə şəhid olan hərbçimiz torpağa tapşırıldı

Metbuat.az

Düşmənin kəşfiyyat-təxribat qrupunun basqın cəhdinin qarşısı alınarkən şəhid olan hərbçimiz bu gün torpağa tapşırılıb. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər

Anar Mamed oğlu Atayev

doğulduğu Ağcabədi rayonunun Minəxorlu kəndində dəfn edilib.



O, doğum günündə şəhidlik zirvəsinə ucalıb.



Milli.Az