Sosial
DİN sürücünün ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb
Bakı. 30 mart. REPORT.AZ/
Daxili İşlər Nazirliyi(DİN) Yasamal rayonunda sürücünün ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, martın 30-da saat 01 radələrində Yasamal rayonunun Şərifzadə küçəsində Yevlax rayon sakini Xəyal İbrahimovun idarə etdiyi “Daewoo” və Abşeron rayon sakini Ağaxan Muradovun idarə etdiyi “Az Samand” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən X.İbrahimov orada ölüb, A.Muradova isə ilkin tibbi yardım göstərilib.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.