Sosial

Din suqqort analığı qəbul edirmi?

Metbuat.az

"Surroqat analıq dini baxımdan qəbuledilməzdir. Çünki burada zina elementləri var".



ANS PRESS-in verdiyi məlumata görə, bununla bağlı Türkiyənin Diyanet İşleri Başkanlığı (Dini Məsələlər üzrə Katiblik) bəyanat yayıb.



"Hurriyet Daily News"un yaydığı bəyanatda bildirilir ki, evlənməmiş cütlüklər arasında süni mayalanma “insani hisslərin” təhqiri deməkdir.



Diyanet İşleri Başkanlığına görə, süni mayalanmaya o zaman icazə verilər ki, sperma və yumurtalıq evli cütlüyə aiddir.

Mənbə
ANS PRESS