Sosial

DİN-də növbəti kadr təyinatı olub

Metbuat.az

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Naziirliyində (DİN) yeni kadr təyinatı olub. "Report" xəbər verir ki, nazir general-polkovnik

Ramil Usubov

un əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Cəfər Rəhmanov işdən çıxarılıb. O, DİN-in Baş İstintaq və Təhqiqiat İdarəsinə müstəntiq təyin olunub. Nazirin digər əmrinə əsasən, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov idarənin İstintaq Şöbəsinin rəis təyin edilib


Qeyd edək ki, işdən çıxarılan C.Rəhmanov buna qədər uzun illər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi işləyib.