Sosial

DİN-də növbəti kadr təyinatı oldu

Metbuat.az
Bununla bağlı nazir əmr imzalayıb

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.



"Report"

xəbər verir ki, nazir general-polkovnik

Ramil Usubov

un əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı

Cəfər Rəhmanov

işdən çıxarılıb. O, DİN-in Baş İstintaq və Təhqiqiat İdarəsinə müstəntiq təyin olunub. Nazirin digər əmrinə əsasən, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin rəisi polis polkovnik-leytenantı

Bəhruz Cabbarov

idarənin İstintaq Şöbəsinin rəisi təyin edilib.



Qeyd edək ki, işdən çıxarılan C.Rəhmanov buna qədər uzun illər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi işləyib.



Milli.Az