İqtisadiyyat

“DəmirBank”ın bayram aksiyası davam edir

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

“DəmirBank”ın Novruz bayramı münasibətilə “28 Mall” ticarət mərkəzində təşkil etdiyi bayram aksiyası davam edir.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, aksiyada Novruz bayramının ənənələrini özündə əks etdirən yarışma və müsabiqələr keçirilir. Bank yarışma və müsabiqə iştirakçıları ilə yanaşı, bayram aksiyasına qatılan hər bir kəsə kreditlərdə 3 faiz endirim, depozitlərdə 1 faiz əlavə faiz əldə etmək hüququ verən xüsusi imtiyaz kuponları da təqdim edir. İmtiyaz kuponlarını əldə edən müştərilər bir il ərzində bu xüsusi imtiyazlardan yararlana bilərlər.


Bayram aksiyası martın 25-dək davam edəcək.