Mədəniyyət

“Dəcəl keçi” Gənc Tamaşaçılar Teatrının səhnəsində

Metbuat.az

Bakı, 7 mart,

AZƏRTAC

Martın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Dəcəl keçi” tamaşasının premyerası keçirilib.


AZƏRTAC

xəbər verir ki, əvvəlcə balaca tamaşaçılara teatr barədə geniş məlumat verilib, yeni səhnə əsərinin məziyyətlərindən söz açılıb.


Bildirilib ki, Azərbaycan xalq nağılları əsasında gənc yazıçı və dramaturq Pərvin Nurəliyevin səhnələşdirdiyi yeni tamaşanın bədii rəhbəri teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.


Yeni səhnə əsərində rolları teatrın aktyorları Aydın Dəmirov, Səbinə Məmmədova, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa ediblər.


Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir. Tamaşa böyük maraqla qarşılanıb.