Sosial

Dayə dəhşəti kameraya düşdü (VİDEO)

Metbuat.az

Evə yerləşdirilən gizli kamera dayə dəhşətini üzə çıxardı. ANS PRESS-in məlumatına görə, tükürpədici hadisə Argentinada baş verib. 25 yaşlı dayə azyaşlıya sözün əsl mənasında işgəncə verib.



Ana Kristina Ceril iki yaşlı övladını dayəyə etibar edib. Onun bədənində göyərmələri gördükdən sonra şübhələnməyə başlayıb. Lakin o buna ciddi əhəmiyyət verməyib. Qonşuların onların evindən ağlamaq səslərini gəldiyini deməsindən sonra isə vəziyyət dəyişib.



Qadın evə gizli kameralar yerləşdirib. Kameranı izləyən qadın gözlərinə inanmayıb. Evdə dayə qismində çalışan Eve Mantaras iki yaşlı uşağı vəhşicəsinə döyüb, onu saatlarla ac saxlayıb.



Ana dərhal bu barədə polisə məlumat verib. İşindən qovulan dayə ilə bağlı polis araşdırmaya başlayıb.





Mənbə
ANS PRESS