Sosial

Daşınmaz əmlak üzrə sənədlərin rəsmiləşdirilməsi prosesi sadələşdirilir

Metbuat.az

"Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzrə sənədlərin vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi prosesini sadələşdirir".



Trend

-in məlumatına görə, bunu komitənin İnformasiya texnologiyaları və məlumat idarəetmə mərkəzinin direktoru

Yaşar Niftiyev

bu gün brifinqdə deyib.



Brifinq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təşkil edilib.



Onun sözlərinə görə, söhbət vətəndaşlara daşınmaz əmlakla bağlı sənədləri öz adlarına rəsmiləşdirməyə imkan verən xidmətdən gedir: "Notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqısı haqqında müqaviləni öz adına keçirmək üçün vətəndaşdan daha Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəlməsi tələb olunmayacaq".



Y.Niftiyev qeyd edib ki, vətəndaşlar müvafiq müraciəti Xidmətə elektron formada göndərəcəklər: "Alqı-satqı müqaviləsi notariat kontorunda vətəndaşın adına yenidən rəsmiləşdiriləcək və rüsumun ödənişi elektron formada həyata keçiriləcək. Vətəndaşdan sənədi almaq üçün yalnız notariat kontoruna yenidən baş çəkmək tələb olunacaq. Vətəndaşlar yaxın vaxtlarda xidmətdən istifadə edə biləcəklər".



Milli.Az