Sosial

Daha bir yol təmir olunur (VİDEO)

Metbuat.az

Avropa Oyunları ilə əlaqədar olaraq Bakı-Quba yolunun 8-ci kilometrliyində Bakı Beynəlxalq Avtovağzalına yaxın hissədə yolda təmir işlərinə start verilib.



ANS TV-nin məlumatına görə, 750 metrlik məsafədə yol həm gediş həm də gəliş istiqamətində təmir olunur. Artıq yolun hər iki tərəfi bağlanılıb. Yolun bir tərəfinə - Bakıdan Sumqayıt istiqamətində olan hissəsinə köhnə asfalt- beton örtüyü qaşınaraq yeni asfalt örtüyü vurulub. Artıq 715 metr məsafədə işlər demək olar ki, yekunlaşıb. Qalan hissədə isə təmir işləri hələ də davam etdirilir.



Sözügedən yol işlək yol olduğundan həmin istiqamətdə maşınların sıxlığı nəzərə alınaraq işlər gecə saatlarında aparılır. Gecə saat 23:00-dan səhər saatlarına qədər iş gedir. Təmir işləri Avropa Oyunları ilə əlaqədar olaraq digər istiqamətlərdə də davam etdirilir.



Mənbə
ANS-TV