Mədəniyyət

Çinli rəssam əsərini Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə edib

Metbuat.az

Bakı, 14 mart,

AZƏRTAC

Məşhur çinli rəssam Vanq Hai Qinq “Gizli məna” adlı rəsm əsərini Azərbaycan Milli İncəsənət Muzeyinin fonduna hədiyyə edib.


AZƏRTAc xəbər verir ki, muzeyin direktoru Çingiz Fərzəliyev qonağı salamlayaraq muzeyə hədiyyə edilən əsərə görə ona təşəkkürünü bildirib. Çinin zəngin mədəniyyətə malik böyük ölkə olduğunu qeyd edən Ç.Fərzəliyev bu ölkənin rəssamları ilə yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.


Çinli rəssam Vanq Hai Qinq Azərbaycana səfər etməsindən, ölkəmizin mədəniyyəti ilə tanışlığından məmnunluğunu ifadə edib.


Rəssam deyib: “Əvvəllər Azərbaycanla tanış deyildim. Amma bu ölkə ilə, Bakı şəhəri ilə tanışlıqdan sonra Azərbaycanın necə böyük mədəniyyətə sahib olduğunu gördüm. Bakı mənim anadan olduğum şəhərə çox bənzəyir. Hər iki şəhər dəniz sahilində yerləşir. Mənim yaşadığım şəhər Sarı dənizin sahilindədir. Burda özümü öz doğma şəhərimdəki kimi hiss edirəm”.


Qonaq qeyd edib ki, ölkələrimiz arasında mədəni əlaqələrin gücləndirilməsi üçün əlimizdən gələni etməliyik.