İqtisadiyyat
“Çilov” yatağında yeni quyu qazılır
Bakı, 18 mart,
AZƏRTAC“Çilov” yatağındakı 112 nömrəli özüldən 113 nömrəli quyuda qazma işlərinə başlanılıb. Layihə dərinliyi 1500 metr olan quyu kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılır.
Quyudan sutkada 5 ton neft hasil ediləcək, istismar işləri isə “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçiriləcək.
Bu barədə
AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.