Şou

Cennifer yeni filmə çəkilir

Metbuat.az
“Oskar”lı aktrisa Cennifer Lourens yeni filmə çəkilir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Stiven Spilberqin rejissorluğu ilə lentə alınacaq ekran işində amerikalı hərbi fotoqraf Linsey Addarionun həyatından bəhs olunacaq.



Lourens filmdə Əfqanıstan, İraq, Liviya və Sudanın döyüş bölgələrində baş verənləri çəkən fotoqrafın obrazını canlandıracaq.



Ssenari Linsey Addarionun yazdığı kitab əsasında hazırlanıb.