Şou

Cennifer Lopez kişilərlə əlaqəsindən danışdı (FOTO)

Metbuat.az

Dünya şöhrətli müğənni Cennifer Lopez məşhur ingilis jurnallarından birinə açıqlamalar verib.



ANS PRESS-in məlumatına görə, illər keçsə də gözəlliyi və cazibədarlığından heç nə itirməyən 45 yaşlı müğənni Cey Lo İngiltərənin “Loaded” jurnalında şəxsi həyaı ilə bağlı sualları cavablandırıb.



Bu barədə indiyədək heç yerdə danışmayan ulduz sonuncu sevgilisi Kasper Smart tərəfindən iki dəfə aldadılmasından təsirlənib.



“Mənə sadiq qalmayanlarla münasibətdə oldum. Elə olanda isə insan özünü sanki səhvi olan və qane edici biri kimi hiss edir. Bu, sadəcə qadınlara xas bir düşüncə deyil. Əminəm ki, kişilər də aldadılan da belə hisslər keçirir”, – deyə Cey Lo kişilərlə əlaqəsindən danışıb.



Bundan başqa, o, ayrıldıqdan sonra özü üzərində işlədiyini və bəzi şeyləri daha yaxşı başa düşdüyünü dilə gətirib: “Həyatda pis və çətin məqamların olması labüddür. Amma ayağa qalxıb rəqs etmək məcburiyyətindəsən. Həyatnın hər bir anında depressiyaya düşə bilərsiniz. Pis və yaxşı olmağınız isə sizdən aslıdır.”



Qeyd edək ki, dünyaca məşhur pop ifaçı Cennifer Lopez 27 yaşlı rəqqas sevgilisi Kasper Smart ilə ötən il yollarını ayırıb.







Mənbə
ANS PRESS