Cavid Qurbanov mükafatları təqdim etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 oktyabr 2014-cü ildə imzaladığı sərəncamlarla Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisini ali dövlət mükafatları ilə təltif edib.
QSC-nin mətbuat xidmətindən
Trend-ə verilən məlumata görə, bu gün həmin həmin mükafatların təqdim olunma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Cavid Qurbanovaçaraq dəmir yolunda mövcud durum, həyata keçirilən layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verdi.
Sonra Azərbaycanın nəqliyyat naziri
Ziya Məmmədovçıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Bu gün ölkə nəqliyyat-yol kompleksində, eləcə də onun tərkib hissəsi olan dəmir yolunda həyata keçirilən islahatlar möhtərəm Prezidentimizin birbaşa qayğısı və nəzarəti sayəsində mümkün olur. Bu gün Azərbaycan nəhəng transmilli layihələrin reallaşması prosesində aktiv iştirak edir.
Ulu öndər Heydər Əliyev siyasi xəttini ləyaqətlə davam etdirən ölkə başçısı nəqliyyat sisteminin, onun tərkib hissəsi olan dəmir yolunun inkişafını daim diqqət mərkəzində nəzarətdə saxladığı kimi, bu çətin sahədə çalışan insanların əməyini də qiymətləndirməyi yaddan çıxarmayıb. Ölkə başçısının 13 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup dəmiryolçu ali dövlət mükafatları ilə təltif edilib.
Sonra nəqliyyat naziri Z.Məmmədov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov ali dövlət mükafatlarını dəmiryolçulara təqdim etdilər.
Eyni zamanda, Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan bir qrup gənc dəmiryolçuya üzvlük biletləri təqdim olundu.
Milli.Az