Cavan qalmağın yolları
Genetik olaraq insan 120 il yaşamalı olsa da, ömrümüz əslində çox qısalır. Orta hesabla yaponlar 79 il, yunanlar 78 il, amerikanlar 76 il, türk xalqları 67 il, nigeriyalılar və somalililər isə 47 il yaşayırlar.
Hər bir insan gec və ya tez özünə belə bir sual verir – cavanlığımı necə qoruyum? Bu suala cavabı beynəlxalq həkim, psixoloq və dietoloqlardan ibarət qrupu tapıb. Onların ixtira etdikləri 10 məsləhətdən ibarət cavanlıq resepti özündə saglam həyat tərzini əks etdirir. Həkimlər əmindirlər ki, deyilən məsləhətlərə əməl etməklə qocalmanı dayandırmaq, ömrü isə xeyli uzatmaq mümkündür. Resept əsasında aparılan təcrübələr onu da göstərib ki, qaydalara riayət edən insanlar yaşından asılı olmayaraq özünü həm də gümrah və enerjili hiss edə bilər.
1-ci məsləhət: Çox yeməyin
Qəbul edilmiş gündəlik 2500 kalori əvəzinə 1500 kalori ilə kecinməyə calışın. Bununla siz huceyrələrinizə düşən yükü 50 faizə qədər azaltmış və onların aktivliyini təmin etmiş olarsınız. Çünki nə qədər yüklənirsə onların yenilənməsi bir o qədər tezləşir (hüceyrələr tezləşdikcə belə demək olarsa onların orqanizmdə təzələnməsi limiti vaxtından əvvəl bitir) bununlada orqanizmin xəstəliklərə və mikroblara qarşı gücü azalır.
2-ci məsləhət: Qida rasionunuz yaşınıza uygun olmalıdır
Məsələn yaşı 30-dan yuxarı olan qadınlar qündəlik qidalarına az miqdarda qara ciyər və qoz ləpəsi daxil etməklə qırışların yaranmasını 10 ilədək ləngidə bilərlər. 40 yaşından yuxarı qadınlar isə daha cox tərkibində betakarotin (yerkökü, yumurta sarısı və sair sarı rəngli qidaların tərkibində olan narıncı-sarı rəngli piqment) olan qidalar qəbul etməlidir. Bu yaşda olan kişilər isə tərkibində selen maddəsi olan pendir və qara ciyər kimi qidalar qəbul etməlidirlər. Xatirladaq ki, selen stressin qarşısını alan ən effektiv maddə hesab olunur. 50 yaşını ötmüs insanların qida rasionunun əsasını isə maqni ilə zəngin ərzaqlar tutmalıdır. Ömrünü yarı etmiş insanların həmçinin balıq və digər dəniz məhsullarından istifadə etməsi də vacibdir. Cünki bu məhsullar ürək-damar xəstəliklərinin qarşısını alır və qanın dövretməsini əngəlləyən səbəbləri aradan qaldırır.
3-cü məsləhət: İş insanın cövhəridir
Özünüzə uyğun olan iş tapmağa çalışın. Fransızlar iddia edirlər ki, iş insanın cavan qalmasına səbəb olur. İşləməyən adam yaşından 5 il yaşlı görünür. Sosioloqlara görə, bəzi peşələr cavanlığı qorumağa kömək edir. Belə peşələrə dirijorluq, rəssamlıq və filosofluğu misal çəkirlər.
4-cü məsləhət: Öz tayını tap
Həyatda yarınızı tapın! Sevgi və nəzakət qocalığa qarşı əla vasitədir. Həftədə iki dəfə intim əlaqədə olmaqla insan yaşından 14 il cavan görünür. Cinsi əlaqə zamanı orqanizmdə endorfin hormonu yaranır ki, bunu başqa sözlə xoşbəxtlik hormonu adlandırırlar. O, immun sisteminin möhkəmlənməsinə səbəb olur.
5-ci məsləhət: Əqidənizdə möhkəm olun
Hər bir şeyə şəxsi fikriniz olmalıdır. Həyatı dərk edərək yaşayan adam az hallarda depressiyaya düşür və ruh düşgünlüyü ilə üzləşirlər. Çünki onlar öz yollarını özləri seçirlər və hər hansı bir verərkən onun bütün mənfi və müsbət tərəflərini düşünürlər. Elə bu səbəbdən də hətta ən pis vəziyyətə düşdükdə belə ona əvvəlcədən hazırlıqlı olurlar.
Öz yolu və əqidəsi olmayib həyatın axarı ilə gedənlərdə isə qocalma və depressiya halları daha tez baş verir. Statistika da göstərir ki, intihar hallarının əksər hissəsi məhz bu tip insanların payına düşür.
6-cı məsləhət: Hərəkət həyatdır
Hərəkət edin! Tədqiqatlar nəticəsində sübuta yetirilib ki, gündəlik olaraq 8-10 dəqiqə idmanla məşğul olan insanlarda qocalma daha gec baş verir. Çunki mütəmadi hərəkət etməklə 25-30 yaş arasında orqanizmdə kəsilməli olan boy hormonunun ifrazı müddətini xeyli uzatmaq mümkündür. Bu zaman boyunuz artmasa da inkişaf prosesi ən azı 5 il artıq davam edəcək.
7-ci məsləhət: Sərin otaqda yatın
Beynəlxalq həkimlər qrupunun tapıntılarından biri də yataq otağındakı hərarətin qocalmaya təsiri ilə bağlı olub. Onlar aydınlaşdırıblar ki, 17-18 dərəcə hərarət olan otaqda yatan şəxslərdə qocalma prosesi daha ləng gedir. Alimlər bunun səbəbini mulayim iqlimdə orqanizmdə maddələr mübadiləsinin daha ləng getməsi ilə izah edirlər. Prosesin ləng getməsi isə hüceyrələrin tez qocalmasının və tələf olmasının qarşısını alır. Sərin hava amili həmçinin mülayim iqlimli regionlarda yaşayan insanlara da təsir edir. Belə ki, orta iqlim qurşağinda yaşayan insanlar digər iqlim şəraitində yaşayanlara nisbətən daha gec qocalır və uzunömürlü olurlar.
8-ci məsləhət: Kefinizdən qalmayın
Bəzən həkimlər müəyyən xəstəliklərə meylli olan insanlara hər hansı bir işi görməyi və ya qidanı qəbul etməyi qadağan edirlər. Qəribə də olsa beynəlxalq həkimlər qrupu öz kolleqalarının bu tip tövsiyyələrini də insanı qocaldan insanı qocaldan amillər sırasına daxil edirlər. Onların fikrincə qadağalara rəğmən bəzi vaxtlarda onlardan kənara çıxmaq lazımdır. Çünki qadagalar adətən dadlı və şirin qidalara aid edilir. Və bu zaman insan nəfsi ilə həkim məsləhəti arasında seçim etməli olur – nəfsi şəkdiyi yeməyi istəsə də həkim qadagası onun qarşısını kəsir. Bu qarşıdyrma isə insanda əsəsb, stress və psixoloji gərginlik yaradır. Sözügüdən amillər isə qocalmaya aparan əsas səbəblərdən hesab olunur. Odur ki, bəzən həkimlərin qoyduqları qadağalara rəğmən nəfsinizin də sözünə baxmalısınız. Ancaq bir şərtlə ki, bu adət halını almasın.
9-cu məsləhət: Hisslərinizi gizlətməyin
Özünü daim hər şeydə təqsirli bilmək və həyatın bütün uğursuzlqlarında yalnız özünü günahlandırmaq da qocalmağa və qorxunc xəstəliklərə mübtəla olmağa səbəb olur. Həkimlər belə insanlara bir az “bivec” olmağı, hər şeyi ürəklərinə yaxın buraxmamağı məsləhət görürlər. Psixoloqların fikrincə insan şadlığını və əsəbiliyini biruzə verməlidir. Hisslərini qəlbində boğan insanlar həyatda daim uğursuzluqlf qarşılaşir, sevgilərindən məhrum olur və daim əzilirlər. Bütün bunlar isə son nəticədə onlarda psixika pozğunluğu, ruh düşkünlüyü və stress yaradır.
10-cu məsləhət: Beyninizi məşq etdirin
Adətən zehni işlə məşğul olanların tez qocalmaları haqda fikir söylənilir. Lakin son tədqiqatlar bunun əksini sübut edir. Sən demə əqli insanın qocalmasina və peşə xəstəliklərinə mübtəla olmasına onun hansi işlə məğul olması təsir etmir. Peşə xəstəliklərinin səbəbi isə işə həddən artıq aludə olduqda və ya əmək gigiyenasına əməl etmədikdə yaranır. Odur ki, “zehni iş insanı qocaldır” deyib beyninizi passivləşdirməyin. Həm də zehni iş dedikdə təkcə elmi iş nəzərdə tutulmur. Beyni passiv saxlamamaq üçün dükandan alver edərkən yekun qiyməti hesablamağınız da kifayət edir. Zehni məşğuliyyətin ən sadə yolu ısə krossvord həll etməkdir. Bununla siz həm boş vaxtınızı səmərəli keçirər, həm də özünüzü və beyninizi qocalmaqdan qorumuş olarsınız.
MənbəANS PRESS