Çanaqqala Savaşı Azərbaycana qazandıracaq (FOTO)
Türkiyənin Bakıdakı səfirliyi və səfirliyin Kültür - Tanıtma Müşavirliyi eyni zamanda Azərbaycan Yazıçılar Birliyi dəstəyilə Şanlı Çanaqqala Savaşının 100 illiyi münasibəti ilə ədəbi müsabiqə elan olunur.
ANS PRESS-in məlumatına görə, Çanaqqala savaşı mövzusunda şeir, hekayə və məqalə nominasiyaları üzrə təşkil olunan müsabiqəyə əsərlərin qəbulu 2015-ci il martın 2-dən aprelin 14-dək aparılacaq.
Müsabiqəyə əsərlər şərti imza ilə, çap halında 5 nüsxə olmaqla, zərfə qoyularaq təqdim edilməlidir. Üzərində şərti imza yazılmış başqa bir qapalı zərfdə isə müəllif haqqında məlumat və şəxsiyyət vəsiqəsinin surəti olmalıdır.
5 nəfərdən ibarət münsiflər heyəti 10 ballıq sistemlə hər nominasiya üzrə 3, ümumilikdə isə 9 qalib müəyyənləşdirəcək.
Qaliblərin adları bu il aprelin ortalarında – Çanaqqala savaşının ildönümü günlərində Azərbaycan Yazıçılar Birliyində keçiriləcək mərasimdə elan olunacaq. May ayında qaliblərin Çanaqqalaya səyahət turu təşkil ediləcək. Qalib seçilən əsərlər kitab halında nəşr olunacaq.
Əsərlər bu ünvana göndərilməlidir:
Az-1000, Bakı, Səbail rayonu, Xaqani küçəsi 53, Аzərbaycan Yazıçılar Birliyi, II мərtəbə. Arzu Mahmudova
Telefon: (012) 493 62 35
e-mail: arzu_zohrab@mail.ru
Mənbə
ANS PRESS