Şou

"Buna nə həvəsim, nə də vaxtım var"

Metbuat.az

Aparıcı Tural Əsədov efirlərə ara verməsindən danışıb.

O, Axşam.az-ın əməkdaşı ilə söhbətində yeni veriliş hazırlamağa vaxtı olmadığını deyib:

"Heç kim kənarda durub, sənə aparıcılıq təklif etməz. Adama deyərlər, özün yeni layihə fikirləş, gətir efirə. Hazırda mənim buna nə həvəsim, nə də vaxtım var. Tədbirlərdə aparıcılıq edirəm. Televiziya insanın qarşısına məqsəd qoyur. Məcbur hər gün bu işlə məşğul olmalı, nəsə etməlisən. Hazırda film çəkilişləri ilə məşğulam. Gələcəkdə bəlkə yenidən efirə qayıdaram. Amma yaxın vaxtda belə planım yoxdur".