Mədəniyyət

Bukmeker kontorları "Eurovision-2015"də Azərbaycanın əmsalını yüksəldib

Metbuat.az

“Eurovision-2015” mahnı müsabiqəsində iştirak edəcək ölkələrə pul qoyuluşu qəbul edən nüfuzlu bukmeker kontorlarının mövcud əmsallarında dəyişiklik baş verib.



APA

-nın oddschecker.com saytına istinadən xəbərinə görə, bukmeker kontorlarının “Eurovision-2015” mahnı müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi göstərdikləri İsveç birinciliyini qoruyub. İsveçin əmsalı 3.50-dən 2.50-yə enib (İsveçə qoyuluş edən şəxslər skandinavlar qalib gəldiyi təqdirdə, hər dollara görə 2,5 dollar qazanacaqlar - red.). İsveçi müsabiqədə “Heroes” mahnısı ilə Mans Zelmerlou təmsil edəcək.



Azərbaycanın əmsalı isə 21.00-dan 26.00-ya qalxıb və ölkəmiz 8-ci pillədən 9-cu pilləyə yüksəlib. Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.



Milli.Az