Şou

Bu ölkənin gözəllik kraliçası faciəli şəkildə öldü (FOTO)

Metbuat.az

İngiltərədə gözəllik müsabiqəsinin qalibi qəza törədib.



ANS PRESS-in məlumatına görə, Bonni Hiller adlı gənc qadın sürət həvəskarı olub. Avtomobilini 180 kilometr/saat sürətlə idarə edən gözəllik kraliçası maşınında can verib. O, avtomobilində sevgilisi ilə birlikdə olub. Qəza nəticəsində maşın parça-parça olub.



Qeyd edək ki, Bonni Hiller 2009-cu ildə bir neçə gözəllik müsabiqələrində iştirak edərək qalib olmuşdu. Lakin sonradan onun evli olduğu müəyyən edilmişdi. Buna görə də Bonninin qazandığı taclar ondan geri alınmışdı.











Mənbə
ANS PRESS