İqtisadiyyat
Bu ilin ortalarında Azərbaycanda DATA mərkəz istifadəyə veriləcək
Bakı, 5 mart,
AZƏRTACBu ilin ortalarında Azərbaycanda kiberhücumlardan müdafiənin təmin olunması üçün böyük DATA mərkəzin açılışı nəzərdə tutulur.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə
AZƏRTAC-a bildirib ki, bu mərkəzin imkanlarından həm dövlət qurumları, həm özəl şirkətlər, hətta beynəlxalq şirkətlər istifadə edə biləcəklər. Bu mərkəz eyni zamanda, daxili tələbatı ödəməklə yanaşı, regional xidmətlər göstərilməsini də təmin edəcək.