Şou
"Brilyantları oğlum üçün saxlayıram"
Müğənni Röya Ayxan aldığı brilyant hədiyyələrdən danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “Solo” verilişində onları istifadə etmədiyini bildirib:
“Yaxşı, istifadə edəcəyim hədiyyələri sevirəm. Mənə 50 minlik boyunbağı hədiyyə edirlər, amma ürəyimcə olmur. Mən onu nə vaxt taxacam? Gözləyim, gərək 50 yaşım olsun, onda istifadə edim. Səhnəyə çıxanda heç vaxt brilyant taxmıram. Ancaq aksessuardan istifadə edirəm. Belə brilyantları isə oğlum üçün saxlayıram”.