Mədəniyyət

Böyük Britaniyanın East Anglia universitetində Novruz Bayramı qeyd edilib

Metbuat.az

London, 20 mart,

AZƏRTAC

Böyük Britaniyanın East Anglia Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.


Tədbirdə 20 ölkədən yüzdən artıq tələbə və müəllim heyəti iştirak edib.


East Anglia universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Vüqar Bəbirli Azərbaycanın son illərdəki sürətli inkişafından danışıb. Xalqımızın milli bayramı Novruz ilə əlaqədar qonaqları təbrik edib.


East Anglia Universitetinin əməkdaşı Nilufər Rəşidova və tələbə Naib Ağayev çıxış edərək Novruz bayramının tarixi, adət ənənələri haqqında ətraflı məlumat veriblər.


Azərbaycanlı tələbə Elnur Rəşidov tarda xalq mahnılarımızdan nümunələr ifa edib.


Tədbir çərçivəsində “Azərbaycan-gələcəyin ölkəsi” adlı qısa videoçarx nümayiş etdirilib.


Şam yeməyindən sonra müxtəlif milli oyunlar qonaqlar tərəfindən maraqla qarşılanıb.


Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London