Böyük Britaniyanın Compact GTL ilə Qazaxıstan Respublikası arasında memorandum imzalanıb
Bakı, 13 mart,
AZƏRTACLondonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qərargahında keçirilən üçüncü “Xəzər dəhlizi” konfransı çərçivəsində Böyük Britaniyanın Compact GTL və Qazaxıstan Respublikası arasında anlaşma memorandumu imzalanıb.
Azərbaycan Beynəlxalq Bankından
AZƏRTAC-a bildiriblər ki, saziş Qazaxıstanda səmt qazının sutkada 2 mindən 3000 barrelə qədər dizel yanacağına konvertasiyasını həyata keçirən GTL (Gas-to liquids) zavodunun inşasını nəzərdə tutur. Compact GTL şirkəti qazın mayeyə çevrilməsi texnologiyası üzrə ixtisaslaşan bir şirkətdir.
Qeyd edək ki, Üçüncü “Xəzər dəhlizi” konfransı martın 12-də Londonda AYİB-in qərargahında Azərbaycan Beynəlxalq Bankının (ABB), Britaniyanın “Asia House” və “TheCityUK” təşkilatlarının və Britaniya-Azərbaycan İşgüzar Şurasının (BABC) dəstəyi ilə keçirilib.