"Boris ölən vaxt orda deyildim"
Rusiya müxalifət lideri Boris Nemtsovun qətlində təqsirli bilinən Zaur Dadayev alibisinin olduğunu bildirib.
ANS PRESS-in məlumatına görə, bu haqda onun vəkili İvan Qerasimov açıqlama verib.
Hüqüqşunas bu barədə hələlik istintaqa müraciət etməyəcək. “Dadayev qətl hadisəsi baş verdikdə, digər yerdə olub. Biz bunu yoxlayacağıq, dəlil-sübutları toplayandan sonra istintaqa təqdim edəcəyik”, - deyə vəkil bildirib.
Bundan əvvəl qətldə ittiham edilən digər şəxs Tamerlan Əsgərxanov hadisə zamanı gecə klubunda olduğunu bildirmişdi. Hazırda onun qətl zamanı gecə klubunda olması barədə məlumatı istintaq araşdırır.
Polisin məlumatına görə, Dadayev Moskvanın mərkəzində körpüdə Nemtsovu güllələyib. Qətldən sonra qatil Anzor və Şadid Qubaşev qardaşlarının olduğu maşına oturub hadisə yerindən qaçıb.
Hazırda cinayətlə bağlı beş nəfər həbs edilib.
MənbəANS PRESS