Bişkekdəki “Türkel” qəzetində Azərbaycan haqqında məqalələr çap edilib
Bişkek, 9 mart,
AZƏRTACBişkekdə qırğız, Azərbaycan, türk və rus dillərində nəşr edilən “Türkel” qəzetində Azərbaycan haqqında materiallar çap olunub.
Qəzet Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən bu ölkənin Milli Kitabxanasında Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı keçirilən mərasimdən geniş material verib.
Qəzet Azərbaycan Dövlət İnformasiya Agentliyinin (
AZƏRTAC) Baş direktoru Aslan Aslanovun “
AZƏRTAC: Şərqlə Qərb arasında media körpüsü” sərlövhəli məqaləsini də rus dilində çap edib.
Məqalədə deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan
AZƏRTACözünün ilk xəbərini 95 il bundan əvvəl yayıb. Onu quran insanlar bilirdilər ki, bu agentlik Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan bir quruma çevriləcək”.
Qəzetdə 20 Yanvar faciəsi haqqında məqalə, Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun "Təndir – Azərbaycan xalqının maddi mədəniyyətinin bir hissəsidir" adlı materialı da yer alıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
BİŞKEK