Sosial

Bir qab şorbanın nağılı

Metbuat.az

Eyni binada yaşayan qonşulardan birisi çox zəngin imiş. O, kimsə ilə ünsiyyət qurmur, salam verib, salam almır. Bir dəfə Ramazan ayında üzbəüz mənzildə yaşayanlar iftar zamanı bir qab şorbanı böyük oğula verib deyirlər ki, qonşuya pay aparsın. Oğlan qapını döyür və onlara iftar payı gətirdiyini deyir. Qonşu acıqlı-acıqlı ona baxır və “onun-bunun yeməyinə qalmamışam ki” deyib qapını onun üzünə çırpır.

 
Görənlər deyirlər ki, o hadisədən heç 5 il keçməmişdi ki, qapı çırpan həmin o qonşunu zibil qutularından çörək yığanda görüblər. Həmin gənc onunla rastlaşır, ilk baxışdan da bir-birlərini tanıyırlar. Müflis olmuş qonşu gəncə belə deyir: “Sənin gətirdiyin o bir qab yeməyə aylardır elə həsrətəm ki...”
 
"Zaman Azərbaycan"