Mədəniyyət

Bir ay əvvəl “Oskar” alan rejissor öldü (FOTO)

Metbuat.az

Ötən ay "ən yaxşı aktrisa" nominasiyasında "Oskar" qazanan "Unutma məni" ("Still Alice") filminin rejissoru və eyni zamanda prodüsseri olan Riçard Qlatzer 4 il mübarizə apardığı ALS xəstəliyinə məğlub olub.



ANS PRESS-in məlumatına görə, 2011-ci ildən bəri ALS xəstəliyindən əziyyət çəkən Qlatzer ötən ay keçirilən “Oskar” mükafatlandırma mərasimində iştirak edə bilməmiş, mərasimi dostu Voş Uestmorlendlə birlikdə xəstəzxanada izləmişdi.



Uestmorlend rejissor dostunun ölümü ilə bağlı fikirlərini bölüşərkən bunları deyib: “Riç mənim ruh əkizim, ən yaxın dostum idi. Xəstəliklə mübarizə aparması hamı üçün nümunə kimi qəbul etmək olar. Amma yaxşı ki, "Unutma məni"nin dünyada məşhurluğunu, sevildiyini gördü".





Mənbə
ANS PRESS