Şou

Beren Saatdan hamiləlik xəbərlərinə açıqlama

Metbuat.az
Aktrisa Beren Saat süni mayalanma yolu ilə əkiz uşaqlara hamilə qalması xəbərlərinə açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa dedi-qodularla bağlı İnstaqramda yazıb:



“Şayiələri uzatmaq, bəzək-düzək vermək, xəbər xətrinə belə şeylər yazmaq, doğmalarımın belə bunu məndən soruşmaq əvəzinə, deyilənlərə inanması artıq “balqabaq dadı” verir. Yazılan hər xəbəri təsdiq və ya inkar etmək məcburiyyətində deyiləm. Çünki indiyədək belə məlumatlar vecimə də olmayıb. Heç vaxt işlətmədiyim cümlələr, hər münasibətimdə kişilərlə cinsi əlaqədə olmağımla bağlı dedi-qodular, rəqiblərimə həsəd aparmağımla bağlı söylənilənlər hamısı kiminsə beyninin məhsulu idi. Bu xəbər də Kənanla sevgili olduğumuzdan bəri hamilə qalmağımla bağlı çıxan neçənci şayiədir. Yenə də kiminsə səhvini düzəltmək ehtiyacım yoxdur. Sadəcə, atmacalarınızı dayandırın. Bu xəbərin özünün reklamına çalışan bir xəstəxananın xəstə hüquqlarını tapdaması nəticəsində “məlumat sızdırma” cinayəti olduğunu dərk edin. Bu cür informasiyalar əvvəlcə ailə daxilində danışılır, daha sonra yaxınlarına özləri tərəfindən deyilir. Belə şayiələrlə, mənimlə yanaşı, digər qadınlara da psixoloji təzyiq edirsiniz. Hamilə olsaydım, mənim kimi zəif bədənə sahib birində bu hiss edilərdi. Təşəkkürlər...”.