Sosial

Bərdədə "İphone" əməliyyatı

Metbuat.az

Bərdə rayonunda telefon mağazası qarət olunub. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, rayonun Heydər Əliyev prospektində "Azercell" mağazasına basqın edilib.



Hadisə gecə saatlarında törədilib. Oğrular Bəhruz Nərimanova məxsus telefon dükanına girərək oranı talan ediblər. Oğrular mağazadan ümumi dəyəri 15 min dollar olan mobil telefonları aparıblar. Oğurlanan telefonların içərisində "İphone" kimi bahalı modellər olub.



Hadisə ilə əlaqədar polisə məlumat verilib. Polis oğurluq hadisəsilə əlaqədar əmliyyata başlayıb.



Qeyd edək ki, rayon ərazisində artıq ikinci oğurluq hadisəsidir. Bir neçə gün əvvəl Heydər Əliyev prospektində ərzaq dükanı yanıbmış.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS